Xəbər lenti

“Leyla Şıxlinskaya” işi üzrə hökm oxundu
Ölkə 13:44 22.02.2019

“Leyla Şıxlinskaya” işi üzrə hökm oxundu

"Leyla Şıxlinskaya”nın klinikasının mənimsəmədə təqsirləndirilən əməkdaşlarının cinayət işi üzrə proses yekunlaşıb.

Qaynarinfo bizimyol.info-ya istinadən xəbər verir ki, klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən şəxslərə şərti cəza verilib.
Qeyd edək ki, prokuror çıxışında Ş.Abbasovanın 9 il, Y.Abdullayevanın 2 il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəmişdi.

İttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib. Onlar məhkəmə istintaqı dövründə dəymiş ziyanı ödəyiblər.

İstintaq zamanı təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->