“Azərbaycandakı səfir Arturas Jurauskasa və Macarıstandakı səfir Renatas Yuşkaya etimadı itirib”.
"Modern.az"-ın məlumatına görə, bu barədə Litvanın baş naziri Algirdas Butkyaviçyus bildirib.
Diplomatların telefon danışıqlarının lentə alınmasından söz açan baş nazir buna təəssüf etdiyini deyib: “Mən bu gün məsələ ilə əlaqədar prezidentlə danışdım və demək istəyirəm ki, bu səfirlər etimadı itiriblər. Hələlik mən öz adımdan danışıram, prezidentlə belə razılığa gəlmişik ki, yaxın vaxtlarda qərar qəbul olunacaq. Özlərini nüfuzdan salmış diplomatlar barədə qəti qərar xarici işlər naziri Linas Linkyaviçyusun rəyi əldə edildikdən sonra qəbul olunacaq. Diplomatlar onların telefon danışıqlarının internetdə yayılmasından sonra başlanmış qalmaqalın iştirakçılarıdırlar. Litvanın Xarici İşlər Nazirliyi təhqiqatı davam etdirir”.
Qaynar.info
Şərhlər