1992-ci ildə Türkiyə gözəli seçilən keçmiş maneken Özlem Kaymaz millət vəkili olmaq istəyir. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, maneken sosial şəbəkədə İstanbul 1-ci bölgə üzrə millət vəkili olmaq üçün namizədliyini irəli sürdüyünü bildirib.
Qeyd edək ki, qısa müddət manekenlik edən Özlem Kaymaz hollandiyalı iş adamıyla evlənib Hollandiyaya köçüb, 16 il sonra Türkiyəyə qayıdıb. Kaymazın Tara, Dante və Daniel adında üç uşağı var.
Qaynar.info
Şərhlər