Xəbər lenti

Ölkədə koronavirusla bağlı son vəziyyət: Yoluxma sayı azaldı, sağalanlar artdı
Ölkə 16:59 03.08.2020

Ölkədə koronavirusla bağlı son vəziyyət: Yoluxma sayı azaldı, sağalanlar artdı

Azərbaycanda koronavirus infeksiyasına yeni 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  6 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfəri müalicə olunaraq sağalıb, 468 nəfəri vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->