Sənət 19:01 18.02.2015

Lukaşenko azərbaycanlı şairə medal verdi

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun (Çingiz Əli oğlu Əliyev) "Fransisk Skorina" medalı ilə təltif olunması barədə fərman imzalayıb.
 
Report xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
 
Çingiz Əlioğlu bu mükafata iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya və mətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfəsinə görə layiq görülüb.

Qaynar.info