Lukaşenko: COVİD-19 siyasi və iqtisadi müharibədir

Lukaşenko: COVİD-19 siyasi və iqtisadi müharibədir

Koronavirus pandemiyası yalnız yeni bir xəstəliyin yayılması deyil, həm də siyasi və iqtisadi müharibədir. 

Qaynarinfo xəbər verir ki, bu fikri Aleksandr Lukaşenko COVID-19-a qarşı döyüşən belaruslu həkimlərə dövlət mükafatlarının təqdim edilməsi zamanı deyib.

"Bu, siyasi və bu gün gördüyümüz kimi, iqtisadi, özü də hətta qarşıdurma da deyil, müharibədir", - Lukaşenko əlavə edib.

Onun fikrincə, "bütün dövlətlər bu xəstəlikdən başqalarını çökürtmək, özlərinin yüksəlməsi üçün istifadə etməyə çalışırlar".

Dövlət başçısının sözlərinə görə, koronavirusla mübarizə üçün öz yolunu seçən Belarus bundan sonra da tənqid etməyə davam edəcəklər. Baxmayaraq ki, o bir qədər əvvəl demişdi ki, "biz bu imtahandan keçdik və bu fəlakətin öhdəsindən gəldik".

Bu günə qədər Belarusda koronavirusa yoluxmuş 69 min nəfər qeydiyyata alınıb ki, onların da 93 faizi artıq müalicə olunub. Bunların arasında yaxınlarda xəstəliyə yoluxmuş prezident Aleksandr Lukaşenkonun özü də vardı.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR