Dünya 17:30 23.10.2020

Lukaşenko hökumətyönümlü mitinqi baharda keçirməyi təklif etdi

Belarus Prezidenti Aleksander Lukaşenko əvvəllər 25 oktyabrda keçirilməsi istənilən hökumətyönlü kütləvi mitinq fikrini dəstəkləməsə də, ona alternativ olaraq baharda bu cür bir mitinq təşkil etməyi təklif edibi.


Qaynarinfo xəbər verir ki, o, payızda mitinq keçirmək təşəbbüsü ilə çıxış edən Belarus ictimai təşkilatlarına təşəkkür edib, ancaq onları müxalifətə "bənzəməməyə" çağırıb.


Lukaşenko baharın mitinq keçirmək üçün daha uyğun bir mövsüm olduğunu bildirib:


"Çünki həmin vaxt ölkədə isti olacaq".


Xatırladaq ki, Belarus müxalifəti Lukaşnekoya xalq ultimatumu verərək onu 25 oktyabrda vəzifəsindən əl çəkməyə çağırıb. Əks halda ölkəni tətil və mitinqlərin bürüyəcəyi bildirilib.

 

Alpər