Xəbər lenti

Lukaşenko III Dünya müharibəsinin anonsunu verdi
Siyasət 21:00 21.07.2021

Lukaşenko III Dünya müharibəsinin anonsunu verdi

Avropa dövlətlərinin Rusiya, Belarus və Çinə qarşı hibrid hücumları üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

Bunu "Sky News Arabia”ya müsahibəsi zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O, bildirib ki, Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışması, ölkədə çevrilişə cəhd etməsi əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcək. Savaşın başlıca iştirakçıları isə Belarus, Rusiya və Çin olacaq.

Prezident əlavə edib ki, Avropa dövlətlərini ittiham edərkən o, sadə avropalıları deyil, "ağılsız siyasətçiləri” nəzərdə tutur və günahı onlarda görür.

Dövlət başçısı, Avropa dövlətlərini ABŞ-ın müstəmləkəsi adlandırıb və onların rəsmi Vaşinqtonun yürütdüyü siyasətin girovuna çevrildiklərini bildirib.(oxu.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->