"KQB-yə dərhal ən güclü hərbçiləri göndərməyi və gizli şəkildə onların ofisini nəzarətə almalarını tapşırdım ki, Allah etməsin, kimisə öldürməsinlər: çünki bu işdə müqəddəs bir qurban lazım idi".
Qaynarinfo xəbər verir ki, bu sözləri Belarusiya Prezidenti Aleksandr Lukaşenko dünən gecə hüquq-mühafizə orqanlarının əməkdaşlarının yalnız şəhər sakinlərinin deyil, müxalifətin birgə qərargahının nümayəndələrinin də əmin-amanlığını qorumalı olduqları haqda danışarkən deyib.
"Onlar, üstəgəl başqa bir neçə müxalifət jurnalisti - ümumilikdə təxminən 60 nəfər bir ofisə topladılar", - Belta Lukaşenkodan sitat gətirib.
Belarus lideri qərargahdan məlumat daxil olduğunu, ətrafda bir kütlənin toplaşdığı və qorunmaya ehtiyac olmasıyla bağlı bir mesaj gəldiyini əlavə edib:
"Biz bütün gecəni onları müdafiə etdik və hələ də vəziyyətə nəzarət edirik".
Alpər
Şərhlər