Dünya 17:49 14.02.2020

Lukaşenkodan inanılmaz bəyanat: Rusiyanı sanksiyalarla hədələdi

Belarusiya Prezidenti Aleksandr Lukaşenko Minskin Moskvaya müəyyən pul cərimələri tətbiq etməyə hazır olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Belta” dövlət agentliyi məlumat yayıb.

Qomel bölgəsindəki müəssisələrdən birinin kollektivi ilə görüşdə Belarus lideri Rusiyanın əvvəllər ilk BelAES enerji blokunu 2018-ci ildə, ikincisini isə 2019-cu ildə təhvil verəcəyini vəd etdiyini xatırladıb. Bununla belə, onun sözlərinə görə, Rusiya Federasiyası "vəd etdiyi tarixlərə əməl etməyib ki, ona görə də müqavilədə böyük maddi cərimələr nəzərdə tutulur".

Soçidəki görüşdə Rusiya prezidenti Vladimir Putin ona qarşılıqlı məqbul bir həll yolu tapmağı təklif edib. Lukaşenkoya görə, Rusiya lideri sanksiyalarla bağlı danışıqlara başlamaq istəməyib.

Nəticədə Lukaşenko Rusiyaya ultimatum verib. Rusiya Federasiyası müəyyən edilmiş müddətlərə əməl etmədiyindən, Minskin kredit faizinin "Macarıstanda, Vyetnamda olduğu kimi - təxminən 3%" səviyyəsinə endirilməsini tələb etmək hüququ var. Bundan əlavə, o, Belarusun krediti "iki ildən sonra deyil, beş ildən sonra" ödəməsinə icazə verilməsini tələb edib.

"Ya biz gecikmiş ödənişlər üçün sanksiya tətbiq edirik – söhbət böyük məbləğlərdən gedir, ya da onlar kreditlə bağlı təklifimizlə razılaşırlar", - Lukashenko əlavə edib.

Xatıladaq ki, bir qədər əvvəl Belarus prezidenti Rusiya Federasiyasının ölkəsini ələ keçirmək niyyətində olduğuna eyham vurub. O, qeyd edib ki, Rusiya rəhbərliyi guya Belarusun RF-ə birləşdirilməsinə işarə vururlar. Bunun əvəzində Moskva yerli enerji qiymətləri vəd edir. Belarus liderinin sözlərinə görə, bunu hər iki ölkənin xalqı da istəmir.
 
Alpər