Video 10:35 18.09.2020

Lukaşenkodan şok qərar: Litva, Polşa və Ukrayna ilə... (VİDEO)

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə rəhbərliyinin Polşa və Litva ilə sərhədi bağlamağa "məcbur" olduğunu açıqlayıb. Ukrayna ilə sərhədsə gücləndiriləcək. 

Qaynarinfo xəbər verir ki, o, bu qərarını Qadın forumunda çıxış edərkən açıqlayıb. TUT.by-yə görə, eyni tədbir Litva və Polşa ilə sərhəd üçün də tətbiq olunacaq.

"Biz qoşunları küçələrdən çəkmək, ordunun yarısını silah altına almaq və qərbdən - Litva və Polşa ilə dövlət sərhədini bağlamaq məcburiyyətindəyik. Qardaş Ukrayna ilə isə dövlət sərhədini, çox təəssüf ki, gücləndirməyə məcburuq”, - o deyib.

Lukaşenko təcavüzkar olmadığını, hər kəsin bir-birini müdafiə etdiyi və kömək etdiyi bir kənddə böyüdüyünü söyləyib. Litva, Polşa və Ukrayna xalqlarına müraciət etmək istədiyini də sözünə əlavə edib: "Dəli siyasətçilərinizi dayandırın, müharibənin başlamasına imkan verməyin".

Lukaşenko qadınları narahat olmamağa çağırıb və hər bir halda "kişilərin bu problemi həll edəcəklərini" bildirib: "Əgər onlar (görünür Polşa və Litva. - Red.) buraya gəlsələr, cavab verməli olacağıq. Hətta tək qalsaq da, diz çökməyəcəyik”.

Alpər