"Lukoil" şirkəti "New Stream" qrupunun aktivlərini almaqda maraqlı deyil.
Qaynarinfo xəbər verir ki, bunu Tass-a açıqlamasında şirkətin rəhbəri Vahid Ələkbərov deyib. Onun sözlərinə görə, şirkətin çox böyük borc yükü var.
Qeyd edək ki, bir müddət öncə RBC nəşri "Lukoil" Neft Şirkətinin "Sherbank"a 3 milyard dollar borcu olan Antipinski Neft Emalı Zavodu və "New Stream" qrupunun yataqlarını almağı təklif etmişdi.
Antipinski Neft Emalı Zavodu (9 milyon ton neft emalı) "New Stream"in ən böyük aktividir.
"Sherbank"ın idarə heyətinin sədr müavini Anatoli Popov da sözügedən zavoda sərmayəçilərin marağı olduqlarını bildirib, lakin maraqlı tərəfləri açıqlamayıb.
Şərhlər