Macarıstan parlamenti miqrantlar əleyhinə qanun layihəsini qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qanun ölkəyə qeyri-qanuni girməyə çalışanlara kömək edənlərə 3 ay, pul verənlərə isə 1 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutur. Yeni qanun layihəsi hakim "FİDESZ", Xristian Demokratlar Partiyası və radikal sağın nümayəndəsi "JOBBİK" dəstək verib.
Qeyd edək ki, Macarıstan ötən gün amerikal milyarder Corc Soros əleyhinə "Sorosu dayandır" qanun layihəsini də qəbul edib. Qanun Macarıstana miqrant axınını dayandırmağı və miqrantlara kömək göstərən şəxs və təşkilatlara qarşı mübarizə aparmağı nəzərdə tutur. Ölkə Sorosu bu prosesləri maliyyələşdirməkdə və katalizator funksiyasını yerinə yetirməkdə ittiham edir.
Gülşən
Şərhlər