Xəbər lenti

Maduro növbədənkənar seçkilərə razılaşdı
Dünya 13:10 03.02.2019

Maduro növbədənkənar seçkilərə razılaşdı

Venesuela prezidenti Nikolas Maduro növbədənkənar parlament seçkiləri barədə təklif irəli sürüb.

Qaynarinfo xəbər verir ki, dəstəkçiləri ilə keçirilən görüşdə danışan Maduro 2020-ci ildə planlaşdırılan seçkilərin bu il keçirilə biləcəyini deyib.

Qeyd edək ki, erkən seçkilər keçirilsə, Milli Məclisin üzvləri yenidən müəyyənləşdiriləcək. Məclisdə hazırda hakimiyyətə müxalif mövqedə olan qruplar üstünlük təşkil edir, rəhbərliyi isə özünü Venesuelanın müvəqqəti prezidenti elan edən Xuan Quaydo edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->