Nikolas Maduro və həyat yoldaşı Silia Flores narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.
Qaynarinfo-nun məlumatına görə, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi məlumat verib.
"Onlar tezliklə Amerika torpaqlarında, Amerika məhkəməsində ədalətin tam qəzəbinə tuş gələcəklər", - P.Bondi sosial media hesabında qeyd edib.
13.40
ABŞ prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.
"ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, prezident Nikolas Maduro həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-nin güc strukturları ilə birgə həyata keçirilib", deyə o yazıb.
Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcək və əməliyyatın digər təfərrüatlarını açıqlayacaq: "Bu gün səhər saat 11-də mətbuat konfransı keçiriləcək. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirik!".
Şərhlər