Aleks de Souzanın Azərbaycan macərası başa çatıb. "Turan Tovuz" braziliyalı hücumçunu satıb.
24 yaşlı "sambaçı" karyerasını bundan sonra Çində davam etdirəcək. Qərb təmsilçisi bu sövdələşmədən pul qazanıb.
"Turan Tovuz" hələlik adı gizli saxlanılan Asiya klubundan öncə 500 min dollar təzminat tələb edib. Sonda tərəflər 350 min dollar qarşılığında keçidə razılaşıb.
Maraq üçün bildirək ki, cənubi amerikalı ölkəmizə 2024-cü ilin yanvarında gəlib. Forvard arxada qalan müddətdə meydan çıxdığı 68 görüşdə 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
"Turan Tovuz"a qədər "Boluspor"un formasını geyinmiş Aleks ilk 6 ayda 4000 dollar maaş alıb. Keçən mövsüm ona 6000 dollar əməkhaqqı ödənilib.
Cari futbol ilində isə məvacibi daha 2000 dollar artırılmışdı. Növbəti mövsümü də burada keçirsəydi, bu rəqəm 10 min dollara qaldırılacaqdı.//sportinfo.az
Şərhlər