Mahir Emrelinin komandası növbəti mərhələdə

Mahir Emrelinin komandası növbəti mərhələdə

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya” klubunda növbəti matçına çıxıb.

Qaynarinfo xəbər verir ki, onun komandası UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Estoniya "Flora”sının qonağı olub.

Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. İlk oyunda da 2:1 üstün olan Polşa çempionu ÇL-də 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Mahir bu qarşılaşmaya start heyətdə başlayıb. O, 71-ci dəqiqədə əvəzlənib.
XƏBƏRLƏR
BLOGLAR
X