Xəbər lenti

“Mahmud və Məryəm” filminin təqdimatı olacaq
Ölkə 20:33 19.07.2013

“Mahmud və Məryəm” filminin təqdimatı olacaq

 Nizami Kino Mərkəzində Xalq Yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş eyniadlı filmin təqdimatı olacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından bildiriblər ki, təqdimat mərasiminin sentyabr ayında keçirilməsi planlaşdırılır.  Təqdimat “Azərbaycanfilm” kinostudiyasının 90 illiyi ilə əlaqədar həyata keçirilən layihələr çərçivəsində baş tutacaq.
Mərasimə Türkiyədən aktyorlar, rejissorlar dəvət olunacaqlar.
Azərbaycanın “Salnamə” studiyası və Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən çəkilmiş filmdə ayrı-ayrı dünyalara aid iki gəncin sevgi hekayəsindən bəhs olunur. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır. Hadisələrin mərkəzində Mahmud ilə Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli qara keşişdir.
Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi əsərdə Mahmud rolunu Aras Bulut, Məryəm obrazını Eva Dedova canlandırıb.
İlk çəkilişləri Şəki şəhərində başlanan ekran əsərində Xalq Artisti Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Kristina Krapella və digər tanınmış aktyorlar da rol almışlar.
Yüz iyirmi dəqiqəlik filmin bəstəkarı isə Əməkdar İncəsənət Xadimi Aygün Səmədzadədir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->