Dünya 11:53 06.06.2018

Makron prezident sarayını bazara çevirdi: binanı təmir etdirmək üçün

Fransanın prezident sarayı Eliza ticarət markasını təmsil edəcək.

Qaynarinfo xəbər verir ki, saray "Elysee-Presidence de la Republique" markası adı ilə açar aksesuarları, fincan və s. əşyalar satmağa başlayacaq. Satış prosesi ölkə və dünyaya həyata keçiriləcək. Daha əvvəl sarayı ziyarət edən şəxslər bu tip əşyalar ala bildiklərini deyirdi.

Bu fakt Fransanın iqtisadi vəziyyətinin daha pis olması barədə fikirlərə səbəb olub.

Bu addımın prezident Emmanuel Makron tərəfindən Eliza sarayının təmiri üçün atıldığı da qeyd olunur. 1718-1722-ci illərdə inşa edilmiş binanın vəziyyəti pisdir və ciddi təmir-bərpa işlərinə ehtiyac var.

Gülşən