Ekonomiks 19:15 24.03.2020

Maliyyə Nazirliyi Fonda 700 min manat ianə etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi, mərkəzi aparatı, yerli maliyyə orqanları, dövlət agentlikləri və xidmətinin, Tədris Mərkəzinin əməkdaşları əməkhaqlarından 700 min manat məbləği Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Bu barədə Qaynarinfo-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.