Xəbər lenti

Video 15:43 02.04.2018

"Manana 20 ildir Bakıdadır, Azərbaycan dilində danışa bilmir" (VİDEO)

ARB TV-nin "Açıq pəncərə” proqramının növbəti qonaqlarından biri də müğənni Kərim Abbasov olub.

Qaynarinfo xəbər veror ki, sənətçi, efirdə onunla birgə proqrama qatılan, sosial şəbəkələrdə məşhurlaşan əcnəbi xanım Martanın Azərbaycan dilində çox gözəl danışmasına təəccüblənib.

Aparıcıların, "Nə qədər vaxta Azərbaycan dilində bu cür danışa bildiniz?” sualına, məşhur xanım "6-7 ay deyərək cavab verib”. 

Daha sonra Kərim, əcnəbi qonağın Azərbaycan dilində çox gözəl danışmasına təəccübləndiyini bildirərək, onu alqışlayıb:
 
"Valla halaldır. Manana 20 ildir ki Bakıdadır, Azərbaycan dilində danışa bilmir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->