İdman 09:52 14.06.2019

Maradona istefa verdi

Dieqo Maradona Meksikanın "Dorados" klubunun baş məşqçi postundan istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Matias Morla "Twitter" hesabında məlumat yayıb. Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə "Dorados"dakı postunu tərk edib.

"Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək", - Morla qeyd edib.

"Dorados" rəhbərliyi keçmiş rəhbərinə təşəkkür edib.

Qeyd edək ki, Dieqo Maradona Meksikanın ikinci divizionunda "Dorados" futbol komandasına 2018/19 illər mövsümündə başçılıq edib.