Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu

Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 2 qat dünya və 7 qat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.

Bu gün həmçinin Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) , Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR