Ölkə 20:45 22.01.2021

Masallıda xəstəxanada əməliyyat keçirildi - Baş həkim saxlanıldı

Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.

Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib. 

Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.