Maska satışında şübhəli şəriklik? - Operativ Qərargaha sərt ittihamlar

Maska satışında şübhəli şəriklik? - Operativ Qərargaha sərt ittihamlar

"Operativ Qərargah niyə açıq havada maska taxmağımıza israr edir? Yoluxma rəqəmləri ilə bağlı onun hoqqaları haqqında isə il ərzində çox statistik sübutlar göstərmişəm”.

Bunu Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında deyib. O, mövzuyla bağlı Almaniya təcrübəsini nümunə çəkib:

"Ötən gün yüz minlərlə avro məbləğində rüşvət aldıqları iddia olunduğuna görə "koronavirusa qarşı maska” satınalmalarında iştirak etmiş iki Almaniya deputatı istefa verdi. Onlar - Nicholas Loebel və Georg Nuesslein - Angela Merkelin partiyadaşı idilər.

Koronavirusla əlaqədar tibbi-siyasi korrupsiya zəncirinin formalaşması ehtimalı olduqca yüksəkdir. Əgər Almaniyada varsa, gör Azərbaycanda nələr mümkündür”.

Partiya sədri bildirib ki, Azərbaycan rəhbərliyi yarı ictimai, yarı dövlət komissiyası yaratmalıdır: "Koronovirusa aid bütün tibbi, ticari və satınalma məsələlərində bu komissiyanın yoxlamaları əsasında qısa zamanda şüşə kimi şəffaflıq təmin etməlidir”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR