Mastercard "Bravo" supermarketlər şəbəkəsi ilə yeni uduşlu alış-veriş kampaniyasına başlayır. Azərbaycanda sifariş edilən Mastercard və ya Maestro karta sahib istənilən şəxs kampaniyada iştirak edə bilər. İştirak üçün tək bir şərt var - "Bravo" mağazasında Mastercard və ya Maestro kartla nağdsız ödəniş etmək. Təmassız ödənişlər isə kampaniyada qalib olmaq şansını 10 dəfə artırır!
Kampaniya çərçivəsində Azərbaycandakı Mastercard/Maestro kart sahibləri 2 Lexus avtomobili və 20 iPhone telefonundan birini qazanmaq şansı əldə edəcəklər. Kampaniya "Bravo"- nun bütün marketlərində keçərlidir. Qaliblər və püşkatma tarixləri hər ay
www.bravomastercardlottery.com saytında elan ediləcək.
Mastercard və "Bravo" supermarketlər şəbəkəsinin birgə təşkil etdiyi kampaniyanın məqsədi müştəriləri nağdsız ödənişin üstünlükləri ilə tanış etmək və onların tez və təhlükəsiz ödəniş etməsinə kömək etməkdir.
Kampaniyanın əsas məqsədi "Nağdsız Azərbaycan" proqramı üçün təşəbbüslər irəli sürmək və hökümətin Azərbaycanda daha şəffaf və güclü iqtisadiyyat qurmaq üçün rəqəmsal ödənişlərin payını artırmaq səylərini dəstəkləməkdir.
Mastercard, ödəniş sənayesində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr və tərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla biz hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.
Şərhlər