Xəbər lenti

Texnologiya 17:04 30.10.2017

"Mavi Balina" oyunundan sonra növbəti təhlükə

Uşaq və yeniyetmələri intihara təşviq edən "Mavi Balina" kompüter oyunundan sonra növbəti təhlükə peyda olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "48 Hour Challenge" adlanan oyunun tək qaydası 48 saat müddətində yoxa çıxmaqdır. 48 saatlıq evdən gedən uşaqlar ailələrini, yaxınlarını narahat edir, daha sonra isə heç nə olmamış kimi geri qayıdırlar. Oyunda haqqında ən çox danışılan və "like" qazanan iştirakçı yarışın qalibi olur.

ABŞ-da yayılmağa başlayan oyun daha sonra London və Şimali İrlandiyada məşhurlaşıb. Daha əvvəl Şimali Avropada ortaya çıxan oxşar oyunun qaydasına əsasən, uşaqlar 12, 24 və 72 saat ərzində ailələrinə xəbər vermədən yoxa çıxırdılar.

Qeyd edək ki, "Facebook" oyunla bağlı istintaq prosesinə start verib və məsələni rəsmilərin diqqətinə çatdırıb. 

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->