Qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) yeni xətt açır.
Qaynarinfo xəbər verir ki, bu barədə DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
N. Allahyarova qeyd edib ki, Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsi məqsədilə "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verilib.
Onun sözlərinə görə, həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərin xidmətindədir.
Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb.
Şərhlər