Ölkə 16:19 24.01.2022

Mədəniyyət Nazirliyindən "Şuşa" qalmaqalı ilə bağlı açıqlama

Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının adının "Buta” ilə əvəzlənməsi günlərdir müzakirə mövzusudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

Qaynarinfo xəbər verir ki, artıq Mədəniyyət Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb: "Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.




Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?