Məhkəmələr dələduzu himayə edir? - Milyonluq qalmaqalla bağlı yeni təfərrüatlar

Məhkəmələr dələduzu himayə edir? - Milyonluq qalmaqalla bağlı yeni təfərrüatlar

İş adamı Sakin Ağayevə qarşı dələduzluq edən şəxsi məhkəmələr himayə edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə iş adamının özü bildirib. Sakin Ağayev deyir ki, illərdir öz hüquqlarını bərpa etməyə çalışır. Lakin məhkəmələr ona qarşı dələduzluq etmiş Fikrət İbrahimov adlı şəxsin faktiki müdafiəsi ilə məşğuldur.

Məlumat üçün deyək ki, Fikrət İbrahimov Sakin Ağayevin 1 milyon 250 min dollarını mənimsəyib. Bu barədə mediada geniş yazıldığından təfərrüatlara varmaq istəmirik. 

İş adamının sözlərinə görə, bütün faktlar, dəlillər, şahid ifadələri onun lehinə olmasına baxmayaraq, qalib Fikrət İbrahimov olur: "Çünki keçirilən məhkəmə proseslərində qanunlar yox, qohumluq əlaqələri, tayfabazlıq və digər maraqlar əsas rol oynayır. Belə olmasaydı, hələ 2017-ci ildə Bakı şəhəri Pirallahı rayon məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə bəlkə də dünya praktikasında analoqu olmayan bir məhkəmə tamaşası keçirilməzdi. Özlərinin tərtib etdikləri, özlərinin imzaladıqları saxta müqaviləni əsas götürərək heç bir hüquqi əsası olmayan və yalnız bir tərəfin maraqlarını müdafiə edən 2(094)-396/2017 saylı Qətnamə qəbul etməklə ölkəmizin qoşulduğu bütün konvensiyaları, hüquqi aktları, qanunları tapdalamaqla Sakin Ağayevi haqlıykən günahkar duruma salmazdılar. Ən dəhşətlisi odur ki, bütün bunlar Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədovun adından həyata keçirilir. İllərdir ki, bu barədə dəfələrlə yazılmasına, deyilməsinə baxmayaraq, ölkənin birinci ədliyyə işçisi tərəfindən nə təsdiq, nə də təkzib olunmayıb. Cənablar, doğrudursa, niyə təsdiq etmirsiniz, yalandırsa, niyə təkzib vermirsiniz? Ən azından söhbət hüquqi dövlətin Ədliyyə nazirindən gedir və onun birbaşa dövlətin adına bağlı olan imicini 1 milyon 250 min dollara qurban verməyə dəyərmi?”

Sakin Ağayevin hüquqlarının bərpası üçün ölkənin ən tanınmış hüquq müdafiəçiləri, ictimai-siyasi xadimləri, elm-mədəniyyət nümayəndələri dövlət başçısına, Birinci vitse-prezidentə müraciət ünvanlayıblar. 

Bu işlə bağlı Qazaxıstanda da məhkəmə prosesi keçirilib. Məhkəmə Sakin Ağayevin lehinə qərar çıxarıb. Lakin Azərbaycan məhkəmləri bütün bunları görməzdən gəlir. 

Sakin Ağayev özü dəfələrlə media vasitəsilə müraciətlər ünvanlayıb, mətbuat konfransları keçirib. Qazaxıstanın hüquq-mühafizə orqanları, ölkəmizdəki səfirliyi məsələ ilə bağlı diplomatik nota verib, problemin həll olunmasını tələb edib. Amma bütün dünya bir tərəfədir, Azərbaycan məhkəmələri bir tərəfə. Sanki gözəgörünməz bir əl prosesləri idarə edir, müraciətlərin əsl ünvanına yetməsini əngəlləyir. Hər kəs başa düşür ki, baş verənləri bu səviyyədə idarə etmək sıradan bir rayon məhkəməsi hakiminin, vəkilin işi deyil. Ortada çox böyük bir ambisiya var və o göz görəsi dövlətə, hüquq sisteminə meydan oxuyur.
 
Sakin Ağayevin Qazaxıstandan olan vəkili mövzu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə Video müraciət edib. Həmin videonu BU LİNKdən izləyə bilərsiniz. 
 


Seyid
XƏBƏRLƏR
BLOGLAR
X