Siyasət 13:30 13.08.2019

Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq” ordeni ilə təltif edib.

Qaynarinfo xəbər verir ki, Mehriban Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.