Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verdi

Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.

Qaynarinfo-nun məlumatına görə, paylaşımda deyilir:

"Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR