Meksika feministləri qadın polislərin üstünə benzin töküb od vurdu

Meksika feministləri qadın polislərin üstünə benzin töküb od vurdu

Ayrı-seçkiliyə və zorakılığa qarşı 8 Mart nümayişi zamanı meksikalı feministlər benzin tökərək qadın polis kordonunu yandırıblar. Bu hərəkət nəticəsində 62 polis məmuru, 19 mülki yaralanıb. 

Qaynarinfo xəbər verir ki, bu haqda Meksika paytaxtının İctimai Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Bazar ertəsi günü Mexikoda bərabər hüquqlar və azadlıq uğrunda mübarizə üçün həmrəylik yürüşü keçirilib. Şəhər rəhbərliyi vandalizm qorxusundan ehtiyatlanaraq tarixi binaları və abidələri hasara alıb.

Nümayişin sonunda radikallar prezident balkonunun altında binanın metal çəpərini qıra bilsə də, silahsız kordonla qarşılaşıblar. Nümayişçilər qalxan manelərinin qarşısında dayanan hüquq-mühafizə orqanlarının işçilərini benzinlə isladaraq od vurublar.

Nazirlikdən verilən məlumata görə, doqquz polis əməkdaşı və bir mülki şəxs xəstəxanaya aparılıb, vəziyyətləri stabildir.
 
Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR