Xəbər lenti

Meksikada seçki mənzərəsi: 100 siyasətçi öldürüldü, bütün polislər həbs edildi
Dünya 17:25 25.06.2018

Meksikada seçki mənzərəsi: 100 siyasətçi öldürüldü, bütün polislər həbs edildi

Meksikada 1 iyul keçiriləcək seçkilərdə əhali ölkə prezidentini, parlament və senat üzvlərini seçəcək.

Qaynarinfo xəbər verir ki, seçki öncəsi öldürülən siyasətçilərin sayı 100 nəfərə çatıb. Bu günə qədər 18 bələdiyyə sədri qətlə yetirilib. Ötən həftə Okampoda bələdiyyə sədrliyinə namizəd öldürüləndən sonra ərazidəki bütün polislər həbs edilib. Onlar gələn federal agentlərin qarşısını alıb, nəticədə qəsəbəyə geri qayıdan agentlər 27 polisi və polis rəisi Oskar Qarsiya Qonzalezi həbs edib.

Sol Demokratik İnqilab Partiyasından olan 64 yaşlı Fernando Anxeles Xuarez də öldürülənlər arasındadır. İyun ayı ərzində 24 saatda 3 qadın siyasətçi qətlə yetirilib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->