Ölkə 15:28 21.10.2021

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.