Video 13:39 09.07.2020

Melaniya Trampın da heykəli aşırıldı (VİDEO)

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın doğulduğu Sloveniyanın Sevnika şəhərindəki taxta heykəli aşırılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, əsərin sahibi olan amerikalı sənətçi Bred Davni polisin onu məlumatlandırdıqdan sonra heykəli tamamilə götürdüyünü bildirib.

Vaşinqtondan isə hələlik bir açıqlama verilməyib.

Qeyd edək ki, bu ilin yanvarında Sloveniyada Trampın heykəli də dağıdılmışdı.

Camal