ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın valideynləri ABŞ vətəndaşlığı alıblar.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, D.Trampdan 2 yaş böyük olan 74 yaşlı qaynatası Viktor Knavs və qaynanası Amalija Knavs yaşıl kart qazandıqdan sonra Nyu-Yorka yerləşmişdilər. Onlar Nyu-Yorka keçirilən vətəndaşlıq mərasimində təntənəli şəkildə and içərək ABŞ vətəndaşı olublar.
Daha öncə Melaniyanın atası Sleviniyada avtosalonda, anası isə tekstil fabrikində çalışıb. Hazırda hər ikisi təqaüdçüdür.
Onların yaşamaq icazəsini qızlarının hesabına alıb-almadıqları isə açıqlanmır.
Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə, ABŞ vətəndaşı olan hər bir şəxsin birinci dərəcəli ailə üzvlərini ölkəyə gətirmək hüququ var.
Xatırladaq ki, Tramp konqresdə digər Respublikaçı tərəfdarları ilə birgə bu qanuna dəyişiklik edilməsini və sadəcə həyat yoldaşı və uşaqların gətirilməsinə icazə verilməsini təklif etmişdi.
Şərhlər