Məleykə Abbaszadə valideynlərə müraciət etdi

Məleykə Abbaszadə valideynlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideynlərə müraciət edib.

Qaynarinfo xəbər verir ki, DİM sədri deyib ki, valideynlər internet vasitəsilə keçirilən sınaq imtahanlarında övladlarının nəticələrini əvvəldən qiymətləndirə bilərlər.

O qeyd edib ki, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər: "Bu nöqteyi-nəzərdən kağız daşıyıcısında olan imatahan daha əlverişlidir. Özəl kursların təşkil etdiyi sınaq imtahanlarının nəticələrinə biz cavabdeh deyilik. Çünki həmin imtahanların nəticələri real biliyi əks etdirmir. Biz açıq sualları imtahanlara təklif edib nəticələrini də ekspertlərimiz təhlil edir. Ancaq özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.
XƏBƏRLƏR
BLOGLAR
X