Xəbər lenti

Məleykə Abbaszadədən yeni nazirə cavab
Ölkə 13:39 07.05.2013

Məleykə Abbaszadədən yeni nazirə cavab

“Təhsil nazirinin XI sinfi bitirən bütün məzunlara attestat verilməsi barədə dedikləri hələlik təklifdir”

“Təhsil naziri Mikayıl Cabbarovun XI sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikirlər sadəcə təklifdir. Hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək”.


APA-nın xəbərinə görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun XI sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirərkən deyib.
 
O bildirib ki, ölkədə bununla bağlı mövcud qanunvericilik var: “Hələlik attestatlar qanunvericiliyə uyğun veriləcək. Bu, bir təklifdir. Təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->