"Məlhəm" hospitalında iki həftə əvvəl bacım Gülənay Məmmədovanın ilk övladı dünyaya gəlib. Həkim səhlənkarlığı üzündən uşaq problemli doğulub. Biz çox narahatıq. Amma xəstəxananın baş həkimi Sevda Əlizadə və həkimləri uşağın səhhəti ilə bağlı nə bizə, nə mətbuata heç bir məlumat vermir".
Bu barədə Qaynarinfo-ya yazıçı, jurnalist Ulucay Akif məlumat verib.
O, bildirib ki, uşaq iki həftədən yuxarıdır ki, küvəzdə saxlanılır:
"Həkimlər bildiriblər ki, uşaqla bağlı ancaq birinci dərəcəli qohumlara açıqlama verilir. Mən də ailənin birinci dərəcəli üzvü kimi xəstəxanaya getdim. Amma baş həkim məni qəbul etmir. Mühafizəçi deyir ki, məhkəməyə vermisiniz, sizinlə orada danışacağıq. Ailə olaraq narahatıq".
Qeyd edək ki, "Məlhəm" xəstəxanasından ötən həftə mətbuata verilən açıqlamada uşağın problemli doğulduğu təsdiqlənmişdi. Açıqlamada bildirilmişdi ki, uşaq ağır asfiksiyada doğulub.
Qeyd edək ki, "Məlhəm" hospitalında doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova olub.
Bahar Rüstəmli
Şərhlər