Xəbər lenti

Putin: Rusiya Trampın bu təşəbbüsünü dərhal dəstəkləyib
Siyasət19:26 09.10.2025

Putin: Rusiya Trampın bu təşəbbüsünü dərhal dəstəkləyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya demək olar dərhal Trampın Qəzza münaqişəsinin sülh yolu ilə həlli təşəbbüsünü dəstəkləyib.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistanda keçirilən Rusiya-Mərkəzi Asiya sammitində bildirib.
Onun sözlərinə görə, Moskva bu planın həyata keçiriləcəyinə ümid edir.
Putin vurğulayıb ki, Amerika liderinin təşəbbüsü Ərəb dünyasında əvvəldən müsbət qarşılanıb.
O, Rusiyanın İsraillə etibarlı əlaqələri davam etdirdiyini, Yaxın Şərq münaqişəsinin gələcək nizamlanmasının tərəfdarı olduğunu və heç bir qarşıdurmada maraqlı olmadığını qeyd edib.