Xəbər lenti

Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
Siyasət 16:51 09.10.2025

Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir

Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.

AZƏRTAC xəbər verir ki, o, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, - deyə Prezident Putin əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->