Xəbər lenti

Melik Gökçək canlı yayımda istefa verdi
Dünya 15:43 28.10.2017

Melik Gökçək canlı yayımda istefa verdi

Ankaranın bələdiyyə sədri Melik Gökçək canlı yayımda istefa verib.

"Qaynarinfo" "Milliyet"ə istinadən xəbər verir ki, 23,5 ildir Ankaranın bələdiyyə sədri vəzifəsində çalışan Gökçək "Türkiyə yollar, metrolar, şəhər xəstəxanaları, sürətli qatarlar, milli hərbi sənaye ilə Rəcəb Tayyib Ərdoğanın və AKP-nın dövründə tanış olub. Prezident Ərdoğanın dövründə ölkə yeni dövrə qədəm qoydu və çox sayda yeniliklərlə onun liderliyi ilə tanış oldu. Bu məsələdə Rəcəb Tayyib Ərdoğanın haqqı inkar edilməzdir. Mənim mübarizəmdə nəfsə uymaq, şəxsi məqsədlər üçün mübarizəyə zərər vermək yoxdur. Mənim mübarizəmdə əmr dəmiri kəsir və liderin təlimatına əməl etmək vacibdir. Ölkəmi lider edəcəyinə inandığım Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə bələdiyyə sədri vəzifəsindən imtina edirəm" deyərək canlı yayımda istefa verib.

Qeyd edək ki, Gökçək dünən bələdiyyə işçiləri ilə vidalaşıb. O həmçinin istefası barədə "Twitter" hesabında da məlumat vermişdi. 

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->