Sent-Luisdə (ABŞ) şahmat üzrə "Champions Showdown” turnirinin ilk 3 turunun oyunları keçirilib.
Qaynarinfo xəbər verir ki, "Fişer şahmatı” üzrə keçirilən yarışda təmsilçimiz Şəhriyar Məmmədyarov ilk qarşılaşmada ABŞ təmsilçisi Hikaru Nakamuraya qalib gəlib. Növbəti görüşündə fransalı Maksim Vaşe-Laqrava məğlub olan Məmmədyarov üçüncü qarşılaşmada Rusiya təmsilçisi Harri Kasparov üzərində qələbə qazanıb.
Üç turdan sonra qrossmeysterimizin aktivində 2 xal var.
"Fişer şahmatı” amerikalı qrossmeyster, 11-ci dünya çempionu Bobbi Fişer tərəfindən icad edilən təsadüfi bir şahmat oyunudur. Qaydalara görə, piyadalar istisna olmaqla, bütün qara və ağ fiqurlar üfüqi vəziyyətdə bir-birinə simmetrik şəkildə təsadüfi düzülür və bunun nəticəsində start mövqeyində 960 variant yaranır. Oyunun adı – "960 şahmatı” da buradan əmələ gəlib. Fiqurların bu cür düzülüşü oyunçuların standart debüt kombinasiyalarından istifadəsinə imkan vermir və oyuna daha yaradıcı yanaşma tələb edir. Bu, həmçinin partiyaların daha maraqlı olmasına və kompüterdən müxtəlif debüt variantlarını dərindən təhlil edərək oyuna əvvəlcədən hazırlaşmağı istisna edir.
Dairəvi sistem üzrə keçirilən yarışda 10 şahmatçı iştirak edir.
Səbuhi Həsənov
Şərhlər