"Yer problemi o üzdən oldu ki, çağırdığım adamların yerində çağırmadıqlarım gəlib oturmuşdu. Buna görə də planımız pozulub. Mən tək qız toyu edirdim deyə yeri çox böyük götürmədim. Yerlərim demirəm yox idi, var idi. Sadəcə qıraq yerlər idi və oturmaq istəmirdilər. Qonlarımın bəziləri qapıdan qayıtdı. Elnarə Abdullayevanı, Fərda Xudaverdiyevi toyuma dəvət etmişdim, onları məclisimdə görmək istəyirdim, amma gəlmədilər".
Qaynarinfo xəbər verir ki, bu sözləri ARB TV-nin "Günə son" verilişinə telefon bağlantısı zamanı müğənni Mənzurə Musayeva qızının toyunda baş verənlərdən danışarkən deyib.
Daha sonra "Toy mediaya qapalı olacaq" desə də, jurnalistlərin də toya qatılmasından danışan sənətçi, bunu belə izah edib:
"Manaf Ağayev oğlunun toyunu mediaya qapalı edəndə mən də o cür düşünürdüm. Sonradan fikrimi dəyişdim. Əslində qızım istəmirdi, amma sonra danışdım, başa saldım. Dedim ki, səni uzaqdan çəkərlər. Razılaşdıq. Çünki hər şeyim qızımdır, başqa heç nəyim yoxdur".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər