Xalq rəssamı Ömər Eldarov dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi barədə danışıb.
Qaynarinfo xəbər verir ki, Ömər Eldarov ölkə.az-a açıqlamasında abidənin daşıdığı rəmzi mənanı belə izah edib:
"Əsərdəki arka rəmzi olaraq elmdir. Lütfi Zadə o qapını daha geniş açır. Yəni onun gəlişindən sonra riyaziyyat elmi dəyişib, bu elmə böyük töhfələr verilib".
Xalq rəssamı abidənin tənqid edənləri də cavabsız qoymayıb: "Onlar əsəri başa düşməzlər də. Heç kimin fikri maraqlı deyil".
Qeyd edək ki, sentyabrın 6-da abidənin açılışı olacaq.
Şərhlər