Ölkə 16:59 22.08.2019

Meral Akşenerdən Elçibəy paylaşımı (FOTO)

Türkiyəyəli millət vəkili, İYİ Partiyanın başqanı Meral Akşener Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, partiya lideri sosial media hesabından Elçibəylə çəkilmiş fotosunu paylaşıb.

"Azərbaycanın müstəqillik mücadiləsinin öndəri, örnək dava adamı, Türklük üçün apardığı mücadilə daima gələcək nəsillərə ilham verəcək dəyəri böyüyüm Əbülfəz Elçibəyi vəfat ildönümündə sayğı, rəhmət və həsrətlə yad edirəm" deyə Meral Akşener qeyd edib.