Xəbər lenti

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək
Ekonomiks 22:30 15.08.2019

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Avqustun 19-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 150 000 000 (yüz əlli milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->