Mərkəzi Bankın notlarının həcmi 1 milyardı keçdi

Mərkəzi Bankın notlarının həcmi 1 milyardı keçdi

Bu ilin əvvəlindən qiymətli kağızlar bazarında Mərkəzi Bankın notlarının payı artmağa başlayıb. 

Valyuta.Az xəbər verir ki, 2021-ci ilin yanvar ayında dövlət qiymətli kağızların nominal üzrə dövriyyədəki həcmi artaraq 2 856,7 milyon manata çatıb. Bu, son illərin ən yüksək göstəricisidir. 

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin dekabrında həmin qiymətli kağızların  dövriyyədəki həcmi 2 362,2 milyon manat olub. Yanvarda bazarda olan qiymətli kağızların 1 836,7 milyon manatlıq hissəsi dövlət istiqrazlarının payına düşüb. 

Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi isə ilk dəfə 1 milyard manatı keçib. Bu göstərici 1 020,0 milyon manat təşkil edib. Bununla notların bazardakı payı ötən ilin dekabrındakı 27,5%-dən yanvarda  35,7%-ə çatıb. Dövlət istiqrazlarının payı isə 8,2% azalaraq 64,3%-ə enib. 
 
Qeyd edək ki, bu ilin yanvarında bankların notlara tələbatı hərraca çıxarılandan 3,5 dəfə artıq olub. Maliyyə qurumları 3 milyard 582,72 milyon manatlıq not sifariş edib. 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR