Xəbər lenti

Məryəmin qızı: İtaliyanın gözəllik dünyasında azərbaycanlı qadın...
Maqazin 11:15 24.08.2021

Məryəmin qızı: İtaliyanın gözəllik dünyasında azərbaycanlı qadın...

Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs İtaliyanın dəb dünyasının ən məşhur simalarından biridir.

Dünyanın ən gözəl qadınları sırasında yer alan Byanka Balti İtaliyanın ən tanınmış modellərindən biridir. Podiumlarla yanaşı, kino dünyasında da özünə yer edən Byanka qadın haqlarının qorunması və xərçəng xəstələrinə yardım kampaniyalarının da fəal iştirakçısıdır. Bu işdə onun əsas dəstəkçisi anasıdır.

Məryəmin qızı

"Victoria's Secret” gözəllərindən biri olan Byanka Balti 1984-cü il martın 19-da İtaliyanın Lodi şəhərində anadan olub. O, ana tərəfdən azərbaycanlı, ata tərəfdən italyan əsillidir. Byanka Bruno Balti və Mariabik Mərzaninin qızlarıdır. O, anasının əsl adının Məryəm Bikə olduğunu deyib. Atası iş adamı, anası isə müəllimdir. Onun iki qardaşı var.

Byanka Balti 2014-cü ildə işi ilə əlaqədar Bakıda da olub.

O, Lodidəki Pyotr Verri liseyində oxuyub.

Podium gözəli

Balti ilk dəfə Aleksi Lubomirski tərəfindən "L'Officiel”in üz qabığı üçün çəkilib. İlk diqqətçəkən reklam filmi "Dolce&Gabbana” ilə bağlı olub. "Vogue”, "Harper's Bazaar”, "W”, "Cosmopolitan” və "Marie Claire” də daxil olmaqla bir çox moda jurnalının üz qabığı, həmçinin kişilərin "Playboy” jurnalı üçün kamera qarşısına keçib.

Eləcə də "Roberto Cavalli”, "Donna Karan”, "Christian Dior”, "D&G”, "Valentino”, "Armani Jeans”, "Missoni”, "Rolex”, "Guess ?”, "Paco Rabanne”, "Anna Molinari”, "Guerlain”, "Revlon”, "La Perla”, "Cesare Paciotti”, "Mango” və "Thierry Mugler” kimi dünyaca məşhur brendlərlə əməkdaşlıq edib.

Byanka Balti 2005-ci ildə "Victoria's Secret”in kataloqlarında da görünüb.

2005-ci ilin yaz-yay moda kampaniyalarından bəri "Shiatzy Chen”, "Karl Lagerfeld”, "Gianfranco Ferre”, "Marc Jacobs”, "Alexander McQueen”, ”Givenchy”, "Zac Posen, Hermes”, "John Galliano”, "Gucci”, "Fendi”, "Prada”, "Valentino”, "Missoni”, "Chanel”, "Christian Dior”, "Versace”, "Oscar de la Renta”, "Narciso Rodriguez”, "Ralph Lauren”, "Carolina Herrera” və "Victoria's Secret” üçün dəfələrlə podiuma çıxıb.

Monika Belluçi ilə

Balti 2008-ci ildə Abel Ferraranın "Striptiz klubunun nağılı” filmində erotik rəqqasə obrazını canlandırıb. Filmdən və hamiləliyindən sonra yenidən podiuma qayıdıb, "Cesare Paciotti” beynəlxalq kampaniyasının yeni siması olub. "St John”un payız kampaniyasının simalarından biri olaraq məşhur aktrisa Ancelina Colini Hilari Rud və Karolin Uinberqlə əvəz edib.

Karl Laqerfild tərəfindən çəkilmiş "2011-ci il Pirelli Calendar”da görünüb. Həmin il "Francesco Scognamiglio”nun yaz kampaniya iştirak edib. 2012-ci ildə aktrisa Monika Belluççi ilə birlikdə "Dolce&Gabbana”nın yeni siması seçilib. 2013-cü ildə "Lighet Blue” ətirlərinin üzü olub. İtaliya üçün "Beast Masters”-ə də ev sahibliyi edib.

Şəxsi həyatı

Byanka Balti italyan fotoqraf Kristian Luçidi ilə evlənib. Cütlüyün 2007-ci il təvəllüdlü Matilda adlı qızları var. 2010-cu ildə boşanıblar.

Byanka 2015-ci ildə sevgilisi Metyu Makreydən ikinci qızı Mia Makreyi dünyaya gətirib. Metyu ilə İspaniyanın Marbella şəhərində yay tətilində olarkən tanış olublar. 2016-cı ildə evləniblər. Bir il sonra o və Metyu ailəsi və dostlarının iştirak etdiyi toy mərasimində nikahlarını təzələyiblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->